...

Azərbaycan parlamenti MDB-nin terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq konsepsiyasını təsdiq edib

Siyasət Materials 13 İyun 2008 16:38 (UTC +04:00)
Azərbaycan parlamenti MDB-nin terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq konsepsiyasını təsdiq edib

Azərbaycan, Bakı, 13 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti MDB dövlətlərinin terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq konsepsiyasını təsdiq edib. "Azərbaycan bu sənədə xüsusi rəylə qoşulub. Xususi rəy konsepsiyaya ekstremizmin ən təhlükəli təzahürlərindən biri olan separatizmə dəstək formalarının qarşısının alınması barədə yeni bənd əlavə olunması ilə bağlıdır", - deyə parlamentin cümə günü keçirilən iclasında birinci vitse-spiker, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov bildirib.

Trend -un məlumatına görə, parlamentin cümə günü keçirilən iclasında "MDB iştirakçısı olan dövlətlərin terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq konsepsiyasının təsdq edilməsi məsələsi müzakirə olunub.

MDB-yə üzv olan Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya və Moldovada isə, Dnestryanı bölgəsində etnik separatizim problemi var.

Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan xüsusi rəyi GUAM ölkləri olan Gürcüstan, Moldova və Ukrayna ilə razılaşdırıb və bu ölkələr də sənədə xüsusi rəylə qoşulublar: "Bu ölkələrin dördü də separatizmdən əziyyət çəkir".

Əsgərov bildirib ki, konsepsiya MDB çərçivəsində terrorçuluq və ekstremizmlə mübarizə sahəsində əməkdaşlığın başlıca istiqamət və formalarına baxışlar sistemini özündə əks etdirir, əməkdaşlığın məqsəd, vəzifə və prinsiplərini müəyyənləşdirir.

Sənəd 2005-ci ilin avqustunda imzalanıb.

Parlament MDB ölkələrinin 2008-2010- cu illər üçün terrorçuluq və eksterimizmin digər zorakı təzahürlərinə qarşı mübarizə üzrə proqramını da təsdiq edib. Azərbaycan bu proqrama da xüsusi rəylə qoşulub. Rəydə qeyd olunub ki, Azərbaycan terrorçuluq və eksterimizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində öz qanunvericiliyini digər MDB ölkələrinin qanunvericiliyi ilə uyğunlaşdırmaqdan imtina edir.

"Biz müstəqil dövlətik və öz qanunlarımızı hansı dövlətlərin qanunları ilə eyniləşdirməyi özümüz müəyyən edəcəyik", - deyə Əsgərov əlavə edib.

Parlament konsepsiyanı və proqramı təsdiq edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti