Azərbaycan, Bakı, 27 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyeni, rusiyalı həmsədri Yuri Merzlyakovu, amerikalı həmsədri Metyu Brayzanı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırki vəziyyətinə dair məsələlər müzakirə edilib.