...

Azərbaycan prezidenti Astanaya səfərə yola düşüb

Siyasət Materials 5 İyul 2008 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyul / Trend , müxbir A.Əliyev /Azərbaycan prezidenti İlham Əliyev şənbə günü səhər Astanaya səfərə yola düşüb. Səfərdə məqsəd Qazaxıstan paytaxtının 10 illiyi münasibəti ilə keçirilən bayram mərasimində iştirak etməkdir.

Bayram mərasimində İordaniya kralı II Abdulla, Türkiyə prezidenti Abdulla Gül, Rusiya prezidenti Dmitri Medvedyev, Qırğızıstan prezidenti Kurmanbek Bakıyev, Ermənistan prezidenti Serj Sarkisyan, Tacikistan prezidenti Emomali Rahmon və Gürcüstan prezidenti Mixail Saakaşvilinin iştirakı gözlənilir.

Astanada Azərbaycan prezidenti və Nursultan Nazarbayevin digər qonaqları Qazaxıstan paytaxtının 10 illiyinə həsr olunmuş təntənəli toplantıda iştirak edəcəklər, şəhərin əsas diqqətəlayiq yerləri və inkişaf planı ilə tanış olacaqlar.

İyulun 6-da isə dövlət başçıları paytaxtın əsasını qoyan Nursultan Nazarbayevin ad gününü qeyd edəcəklər.

Xəbər lenti

Xəbər lenti