...

İran ən güclü raketinin yeni sınağını keçirdi

Siyasət Materials 10 İyul 2008 14:41 (UTC +04:00)
İran ən güclü raketinin yeni sınağını keçirdi

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir T.Cəfərov / İranın yeni "Hut" raketləri pis hava şəraitində belə hədəfi dəqiq məhv etmək gücünə malikdir.

Bu barədə İranın "İribnews" xəbər saytı məlumat yayıb.

"Hut" raketi quruda üfüqi zərbə endirməklə yanaşı, qurudan dənizə, dənizdən havaya hücum imkanına malikdir. İran ikinci ölkədir ki, bu növ raketə sahibdir.

Xatırladaq ki, İranın Sepah korpusunun Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri və Hərbi Dəniz Qüvvələrinin gəmiləri hazırda Fars körfəzində birgə hərbi təlimlər keçirir.

Müəllif ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti