...

Azərbaycan Prezidenti Konstitusiya Məhkəməsinin hakimlərini və əməkdaşlarını  təbrik edib

Siyasət Materials 14 İyul 2008 18:56 (UTC +04:00)

Azərbaycan,Bakı,14 iyul / Trend /Prezident İlham Əliyev bazar ertəsi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini və əməkdaşlarını  KM - nin 10 illik yubileyi münasibətilə təbrik edib.
Məktubda deyilir ki, bu illər ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi səmərəli hüquqi təsisat kimi formalaşıb, dövlət hakimiyyəti sistemində özünəməxsus yer tutub. Azərbaycanın sosial-iqtisadi inkişafın və hüquqi islahatların keyfiyyətcə yeni mərhələsini yaşadığı hazırkı dövrdə Konstitusiya Məhkəməsi öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmalı, qanunun aliliyinin təmin edilməsi, Konstitusiyaya hörmət və ehtiramın aşılanması məqsədlərinə xidmət etməli, onun qərarları hüququn mötəbər mənbəyinə çevrilməlidir.

Xəbər lenti

Xəbər lenti