Azərbaycan, Bakı, 29 iyul/ Trend , müxbir G.Əhmədova/ AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin başçısı vəzifəsinə namizədlər, çox güman ki, növbəti ayda nəzərdən keçiriləcək, - çərşənbə axşamı Trend News -a telefonla AŞPA-nın Strasburqdakı mətbuat xidmətindən bildiriblər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva Trend -a bildirib ki, Assambleyanın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin sədri vəzifəsinə seçkilər məsələsi, Avropa Şurasının siyasi məsələlər üzrə Komitəsinin səlahiyyətindədir.
AŞPA-nın Siaysi Komitəsi səsvermə yolu ilə seçiləcək bir neçə nəfərin namizədlyini irəli sürə bilər,- o deyib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçmiş sədri, Qarabağ üzrə Alt Komitənin sədri lord Devid Rassel-Conston iyulun 27-də 76 yaşında vəfat edib.
Lord Devid Rassel-Conston 23 il ərzində AŞPA-nın üzvü olub. O, 1999-cu ildən 2002-ci ilədək AŞPA-ya pəhbərlik edib. Ömrünün son gününədək AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin sədri olub.
AŞPA-nın
Dağlıq Qarabağ üzrə Alt Komitəsi 2005-ci ilin
yazinda, təşkilatın Ermənistan-Azərbaycan problemi
üzrə qəbu etdiyi Bəyannamənin (1416 saylı)
yerinə yetirilməsinə nəzarət edən orqan kimi
yaradılıb.