...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası ictimaiyyəti seçici siyahılarının dəqiqləşdirilməsində yaxından iştirak etməyə çağırıb

Siyasət Materials 12 Avqust 2008 16:26 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası ictimaiyyəti seçici siyahılarının dəqiqləşdirilməsində yaxından iştirak etməyə çağırıb

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ictimaiyyəti seçici siyahılarının dəqiqləşdirilməsində yaxından iştirak etməyə çağırıb.

"Seçici siyahılarının dəqiqləşdirilməsi səsvermə gününə qədər mümkün olacaq. Siyasi mövqeyindən asılı olmayaraq, hamı bu məsələdə aktiv olmalıdır" - çərşənbə axşamı jurnalistlərə MSK-nın sədri Məzahir Pənahov bildirib.

Trend -un arayışı: Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 4 milyon 834 min 584 seçici qeydə alıb. Ötən il tərtib olunan seçici siyahısında 4 mln.600 mindən çox seçici qeydə alınmışdı.

Siyahıya düşən seçicilərin 52 faizi qadın, 48 faizi kişidir.

Pənahov bildirib ki, seçici siyahılarında milyon yarımadək orfoqrafik düzəlişlər edilib. MSK sədri bu günədək prezident seçkisində iştirak etmək istəyən 11 nəfərin imza vərəqələrinin alındığını, bir nəfərin seçkiyə qatılmaq üçün sənədlərini komissiyaya təqdim etdiyini deyib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti