...

Çərşənbə günü 84 gürcü əsir 13 osetin hərbi qulluqçusuna dəyişdirilib

Siyasət Materials 27 Avqust 2008 20:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Çərşənbə günü 84 gürcü əsir 13 osetin hərbi qulluqçusuna dəyişdirilib. Hazırda Tbilisidə olan hərbi əsirlər kimi Tsxinvali təcridxanasında olan bütün gürcülər azad edilib.

Gürcü və osetin tərəfləri arasında danışıqlar Gürcüstan kilsəsi və Rusiya generalı Vyaçeslav Borisovun vasitəçiliyi ilə keçib. Əsirlər Rusiya qoşunlarının Qori rayonunun Karaleti kəndindəki nəzarət-buraxılış məntəqəsində dəyişdiriliblər.

Gürcüstan tərəfi Cənubi Osetiyada əsirlərin qaldığını iddia edir. Onlar ayrı - ayrı hərbi qruplaşmalardadır və buna görə də Tsxinvali ilə məsləhətləşmələr davam edir.

Xəbər lenti

Xəbər lenti