...

Azərbaycan MSK-sı prezident seçkisi ilə bağlı bildirişlər hazırlayıb

Siyasət Materials 1 Sentyabr 2008 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir E.Babayev/ Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkisinin səsvermə yeri və vaxtı barədə seçiciləri məlumatlandırmaq üçün bildirişlər hazırlayıb. Bu barədə bazar ertəsi Trend -a MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Hazırda MSK 20 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.

Onlardan hakim Yeni Azərbaycan Partiaysının namizədi, hazırki dövlət başçısı İlham Əliyevin və müxalif Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyini qeydə alınıb.

Məlumata görə, hazırlanan 5 milyon bildiriş məntəqə seçki komissiyalarına veriləcək, onlar isə bunları seçicilərə paylayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti