Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində
olan və dövlət büdcəsindən
maliyyələşdirilən digər elm və elmi tədqiqat
müəssisə, idarə və təşkilatlarında
çalışan işçilərin sosial
müdafiəsini daha da gücləndirmək və onlara
dövlət qayğısını artırmaq məqsədi
ilə sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Milli Elmlər
Akademiyasının tabeliyində olan və dövlət
büdcəsindən maliyyələşdirilən digər elm
və elmi tədqiqat müəssisə, idarə və
təşkilatlarında çalışan
işçilərin Vahid Tarif Cədvəli ilə
müəyyən edilmiş aylıq vəzifə (tarif)
maaşları 2008-ci il sentyabrın 1-dən orta hesabla 25 faiz
artırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.