...

Rusiyaya qarşı qadağaların tətbiq edilməməsi gürcü diplomatiyasının uğursuzluğudur - ekspert

Siyasət Materials 2 Sentyabr 2008 15:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ İqtisadi məsələlər üzrə gürcü eksperti Qiya Xuxaşvili hesab edir ki, Rusiyaya qarşı qadağaların tətbiq edilməməsi gürcü diplomatiyasının uğursuzluğudur. Bununla bərabər, o güman edir ki, Avropaya Gürcüstanın ərazi bütövlüyünü tanıdığına və Moskvanın hərəkətlərini tənqid etdiyinə görə təşəkkür etmək lazımdır.

"Aydındır ki, Avropanı Rusiyanın aqresiv hərəkətləri qorxudur və o, özünü qorumağa çalışır", - ekspert əlavə edib.

Xuxaşvili Avropa İttifaqının bəyannaməsinin birici bəndinə görə narahatdır. Onun sözlərinə görə, birinci bənddə təcavüzün Rusiya tərəfindən birtərəfli qaydada olması göstərilməyib. "İtaliya Baş nazirinin şərhi də narahatlıq doğurur. O, şərhində qeyd edib ki, Rusiyanın təcavüzü Tbilisinin hərəkətlərinə cavab olub", - o vurğulayıb.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti