Azərbaycan, Bakı, 04 sentyabr/ Trend , müxbir S.Ağayeva/ Təhlükəsizliyin və hərbi-texniki əməkdaşlığın əsas prinsipləri layihənin konvensiyasında göstərilib və biz bunun üzərində işi davam etdiririk, - cümə axşamı Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Layihə cümə axşamı Azərbaycanın paytaxtında keçiriləcək Bakı görüşünün iştirakçılarına təqdim ediləcək. Sənəd Xəzəryanı ölkələrin gömrük, sərhəd, daxili işlər orqanlarının əməkdaşlığını özündə birləşdirir", - nazir müavini deyib.
Onun sözlərinə görə, Xəzəryanı ölkələrin Bakı görüşünün əsas mövzusu Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi üzrə danışıqların davam etdirilməsindən ibarətdir. "Biz konvensiya layihəsinin əsas məsələlərini, həmçinin bu mövzu ilə bağlı müəyyən edilmiş bir neçə digər məsələni müzakirə etməyə hazırlaşırıq və onları bu gün və sabah Xəzəryanı ölkələrin - Qazaxıstan, Rusiya, Azərbaycan, İran xarici işlər nazirləri müavinlərinin görüşündə müzakirə edəcəyik. Qalan məsələlər üzərində isə işləməyə hazırlaşırıq", - Xələfov qeyd edib.
Bakı görüşündə bütün Xəzəryanı ölkələr xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunub.