...

Amerikanın üçüncü gəmisi bir neçə saatdan sonra Poti limanında olacaq

Siyasət Materials 5 Sentyabr 2008 14:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ ABŞ HDQ Altıncı donanmasının "Maunt Uitni" gəmisi cümə günü Tbilisi vaxtı ilə saat 15:00-da Poti limanına daxil olacaq. Uzunluğu 190 metr olan gəmi ölçüləri ilə əlaqədar xarici reyddə dayanacaq.

Potinin meri Vano Saqinadzenin bəyan etdiyinə görə, gəminin qarşılanma mərasimi saat 17:00-da keçiriləcək.

"Maunt Uitni" Gürcüstana humanitar yardım gətirmiş üçüncü Amerika gəmisidir. Onun göyərtəsində 17 ton humanitar yardım var.

Amerikanın "Mak Fol" və sahil mühafizə gəmisi "Dallas" Batumi limanında olub.

Xəbər lenti

Xəbər lenti