...

Azərbaycanın bəzi müxalifət partiyaları müxalifətin birgə bəyanatına qoşulmayıb

Siyasət Materials 5 Sentyabr 2008 15:53 (UTC +04:00)
Azərbaycanın bəzi müxalifət partiyaları müxalifətin birgə bəyanatına qoşulmayıb

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın bəzi müxalifət partiyaları müxalifətin birgə bəyanatına qoşulmayıb.

Azərbaycanın Klassik Xalq Cəbhəsi (KXCP) və Açıq Cəmiyyət partiyaları prezident seçkisini boykot edən müxalifət partiyalarının birgə bəyanatına qoşulmayıb,- "Azadlıq" blokunun həmsədri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli cümə günü jurnalistlərə bildirib.

"Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyası, Müsavat və "Azərbaycan Naminə" İctimai Forum cümə günü seçkini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Kərimli bu partiyalarla danışıqların aparıldığını bildirib. "Açıq Cəmiyyət partiyasında qərarın qəbulu ilə bağlı texniki problemlər yaransa da, onlar bəyanatla razı olduqlarını ifadə ediblər. Sənəd KXCP sədri Mirmahmud Mirəlioğlu ilə də razılaşdırılıb. KXCP-nin təmsil olunduğu Demokratiya Uğrunda İttifaqın bəyanata qoşulmaqla bağlı şərti var. Bu şərtə əsasən, İttifaqda təmsil olunan bütün partiyalar bəyanata qoşulsa, KXCP bu sənədi imzalaya bilər", - Kərimli bildirib.

Azərbaycanın Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu cümə günü Trend -a bildirib ki, partiya bəyanatda əks olunmuş prinsiplərlə razıdır.

"KXCP-nin təmsil olunduğu Demokratiya Uğrunda İttifaq (DUİ) hesab edir ki, İttifaqda təmsil olunan bütün partiyaların bəyanatı imzalaması daha perspektivli ola bilərdi. Belə ki, "Azadlıq" bloku da qurumda təmsil olunan 3 partiya ilə bəyanata qoşulub. DUİ - də təmsil olunan dörd partiyanın (KXCP, "Azadlıq", Böyük Azərbaycan, Milli -Demokrat Partiyası) birgə bəyanatına qoşulmaları haqqında qərar qəbul edilməzsə, KXCP sənədə qoşulmayacaq", - Mirəlioğlu bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti