...

Kosovo məsələsi Gürcüstan ilə Osetiya arasında münaqişəyə səbəb oldu – Regionlar Partiyasının lideri

Siyasət Materials 5 Sentyabr 2008 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir V.Javoronkova/ Kosovo məsələsi Gürcüstan ilə Osetiya arasında münaqişəyə səbəb oldu. Bu barədə cümə günü Kiyevdə çıxış edən Regionlar Partiyasının lideri Viktor Yanukoviç bildirib. "Bu tendensiyanın qarşısını almaq üçün, ikili standartların tətbiqinə yol verməyən yeni qayda və tendensiyalar hazırlamaq lazımdır. Bizi qəti surətdə Gürcüstanın təcavüzünə qarşı çıxırıq", - deyə Yanukoviç bildirib.

"Mən Rusiya ilə mehriban qonşuluq və strateji münasibətlərin olacağına həmişə inanmışam, Ukrayna ilə Rusiya arasındakı münasibətlər gürcü-osetin münaqişəsi səbəbindən əhəmiyyətli dərəcədə pozulub", - deyə o bildirib.

Yanukoviçin sözlərinə görə, qarşıda geniş danışıqlar dövrü var. "Rusiyanın bu münaqişənin təşəbbüskarı olmaması aşkar faktdır. Əlbbtə, Gürcüstanın təxribat məqsədli hərəkətlərinə Rusiyanın cavabı olduqca sərt və gözlənilməz, bəlkə də gözlənilən oldu", - deyə Yanukoviç bildrib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti