...

Abdullah Gülün Yerevan səfəri türk dünyasını sarsıdıb

Siyasət Materials 5 Sentyabr 2008 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend , müxbir R.Hafizoğlu/ Türkiyə -Azərbaycan Dərnəkləri Federasiyası Abdullah Gulün Yerevan səfərini qətiyyətlə pisləyib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri, İqdırdan olan millət vəkili Yücel Artantaş prezident Abdullah Gülün Yerevan səfəriilə bağlı deyib : "Prezidentin Yerevan səfəri erməniləri sevindirdi, Azərbaycanı dəstəkləyən türk dünyasının isə, sarsıtdı". Bu barədəTürkiyənin "Anadolu" agentliyi sentyabrın beşində məlumat verib.

"Azərbaycana dəstək olan və ermənilərin əsl simasına bələd olan hər bir vətəndaş bu səfərə etirazını bildirməlidir " - deyə, Artantaş bildirib. Türkiyəli millət vəkili onu da qeyd edib ki, ermənilərə uzanan dostluq körpüsünün 24 -aprelə - saxta "soyqırım" gününə qədər ömrü var.

" Əsas hədəfi turk düşmənçiliyi, türk torpaqlarında gözü olan, Azərbaycan torpaqlarını işğal edən və bir milyon insanı evindən didərgin salan ermənilərdən dost olmaz. Buna görə də, hamını Abdullah Gülün Yerevan səfərinə etiraz etməyə çağırıram"- deyə o bildirirb.

Xəbər lenti

Xəbər lenti