...

Gürcüstan spikeri RF XİN rəhbərinin Suxumi və Tsxinvalidə səfirlik üçün bina seçmək niyyətini "Rusiya üçün biabırçılıq" adlandırıb

Siyasət Materials 12 Sentyabr 2008 11:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin sədri David Bakradze RF XİN-in rəhbəri Sergey Lavrovun Suxumi və Tsxinvaliyə gələrək qondarma respublikalar Abxaziya və Cənubi Osetiyada səfirlik üçün bina seçmək niyyətini "Rusiya üçün biabırçılıq" adlandırıb.

"Mən bunu biabırçılıqdan başqa bir şeylə adlandıra bilmərəm. Nazir separatçıların yanına səfirlik üçün bina seçməyə gedir", - o deyib.

Bakradzenin fikrincə, bu gün də olmasa, "bir neçə ildən sonra Rusiya ictimaiyyəti rəhbərlərinin onları hansı vəziyyətə saldıqlarını başa düşəcək". "Rusiya özünü qanundankənar qoyub, tam təcrid vəziyyətinə düşüb və bunu Rusiya ictimaiyyəti anlayacaq", - o hesab edir.

Xəbər lenti

Xəbər lenti