Azərbaycan, Bakı, 18 sentyabr/ Trend , müxbir R.Novruzov/ ABŞ ümid edir ki, Azərbaycanda qarşıdakı prezident seçkisi "əvvəlkilərə nisbətən xeyli yaxşılaşdırılacaq". Bu barədə cümə axşamı Bakıda jurnalistlərə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib. .
Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
"Azərbaycan hökuməti seçkinin azad və ədalətli keçəcəyini vəd edib və biz ümid edirik ki, bir neçə ay ərzində qanunlara daha dərindən riayət oluncaq", - deyə diplomat bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend