...

Əfqanıstanın Ğur vilayətində iki Taliban komandiri öldürülüb

Siyasət Materials 19 Sentyabr 2008 11:14 (UTC +04:00)

Əfqanıstan, Kabil, 19 sentyabr / Trend A.Həkimi / Əfqanıstanın Ğur vilayətinin təhlükəsizlik xidməti rəsmilərinin sözlərinə görə, ötən gün Ğur vilayətinin Pesvənd şəhərində keçirilən əməliyyat zamanı iki Taliban komandiri öldürülüb.

Əfqanıstanın qərbində yerləşən Zun Sahuy şəhər Polis İdarəsinin sözçüsü Əbdülrəuf Əhmədi bildirib ki, əməliyyat zamanı bir neçə silah, əl qumbarası və uzaqdan idarəolunan minalar da götürülüb.

Ğur vilayəti Əfqanıstanın ən təhlükəli və qeyri-sabit vilayətlərindən sayılır. Son vaxtlar bu vilayətdə Taliban qiyamçıları və dövlət təhlükəsizlik qüvvələri arasında toqquşmaların sayı artıb. Qiyamçılar tərəfindən burada tez-tez terror aktları da həyata keçirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti