...

Azərbaycan, Türkiyə və Ermənistanın xarici işlər nazirlərinin görüşəcəyi tarix açıqlanıb

Siyasət Materials 20 Sentyabr 2008 11:27 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Ermənistanın xarici işlər nazirlərinin görüşəcəyi tarix açıqlanıb

Azərbaycan, Bakı, 20 sentyabr/ Trend , müxbir M.İbrahimov/ Azərbaycan, Türkiyə və Ermənistanın xarici işlər nazirlərinin Nyu -Yorkda görüşəcəkləri tarix açıqlanıb. Türkiyənin xarici işlər naziri Əli Babacan BMT Baş Assambleyasının Nyu -Yorkda keçirilən 63 - cü sessiyası çərçivəsində, Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri ilə müvafiq olaraq sentyabrın 25 - də və 26 -da görüşməyi planlaşdırır, - CNN Turk xəbər verir.

Nazirlərin həm ikitərəfli, həm də üçtərəfli görüşlərinin keçiriləcəyi gözlənilir. Ermənistan -Azərbaycan münaqişəsinin nizamlanması ətrafındakı vəziyyət görüşdə əsas müzakirə məsələsi olacaq.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti