Gürcüstan, Tbilisi, 23 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqı müşahidəçilərinin 28 nəfərdən ibarət ilk qrupu çərşənbə axşamı İtaliyadan Tbilisiyə gələcək. Gürcüstanın Aİ - dəki nümayəndəliyindən bildirdiklərinə görə, təyyarə saat 16.00 - da Tbilisi beynəlxalq hava limanında yerə enməli idi. Müşahidəçilər qrupunun texnika və aparatlarının gələcəyi ikinci təyyarəninsə, yarım saat sonra uçuş zolağına enəcəyi gözlənilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]