...

Azərbaycan regionda vektorlu, praqmatik və balanslaşdırılmış siyasət aparır ї AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Siyasət Materials 24 Sentyabr 2008 17:01 (UTC +04:00)
Azərbaycan regionda vektorlu, praqmatik və balanslaşdırılmış siyasət aparır ї AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Azərbaycan, Bakı, 24 sentyabr/ Trend , müxbir R. Novruzov/ Azərbaycan regionda vektorlu, praqmatik və balanslaşdırılmış siyasət aparır, - çərşənbə günü Moskvada їDəyirmi masaїda їAzərbaycan 2008: prezident seçkiləri və xarici siyasət strategiyasıї mövzusunda çıxış edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev bildirib.

Azərbaycan regionda ən sabit, dinamik inkişaf edən, açıq və tolerant ölkədir və iqtisadi baxımdan yüksək templərlə inkişaf edir,- їDəyirmi masaї iştirakçıları qeyd ediblər, - Nuriyev çərşənbə günü Moskvadan telefonla Trend -a bildirib.

Strateji Araşdırmalar Mərkəzinin rəhbəri öz çıxışında qeyd edib ki, Azərbaycanın diversifikasiya edilmiş siyasəti ədalətli və ağıllı yeni beynəlxalq və iqtisadi nizamın yaradılmasına yönəlib. Nuriyevin sözlərinə görə, rusiyalı ekspertlər ї їDəyirmi masaї iştirakçıları Azərbaycanın Qafqazda, Qara dəniz və Xəzər regionunda geosiyasi və geoiqtisadi rolunun əhəmiyyətini dəfələrlə vurğulayıblar. Onlar dövlətin kəskin regional və beynəlxalq məsələlərdə balanslaşdırılmış xarici siyasət apardığını qeyd ediblər, - Nuriyev bildirib.

Dəyirmi masanın işində Rusiyanın 50 -yə yaxın siyasi eksperti, bu ölkənin məşhur politoloqları iştirak ediblər. Azərbaycanda daxili siysasi vəziyyət müzakirələrdə ayrıca mövzu olub. їÖz çıxışımda Azərbaycanda oktyabrın 15 - nə təyin edilmiş qarşıdakı prezident seçkici ərəfəsində keçirilən seçki kampaniyası haqqında danışdım. Müzakirələrdə Rusiya - Azərbaycan münasibətlərinin perspektivlərinə, Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinə toxunulubї, - Nuriyev bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti