...

Bakıda 44 dilənçi saxlanılıb

Siyasət Materials 25 Sentyabr 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakıda dilənçiliklə məşğul olan 44 nəfər polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çümə günü Trend -a verilən məlumata görə, Əzizbəyov rayon Polis İdarəsinin 2-ci polis bölməsinin, Nəsimi rayon Polis İdarəsinin və Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 44 nəfər saxlanılıb. Onlardan 24-ü qadın, 6-sı kişi, 14-ü isə azyaşlıdır.

Saxlanılan şəxslər Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndəriliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti