...

Münaqişə qurbanlarının geri dönmək hüququ təmin edilməlidir -- AŞ - nın İnsan Haqları üzrə Komissarı

Siyasət Materials 30 Sentyabr 2008 16:06 (UTC +04:00)
Münaqişə qurbanlarının  geri dönmək hüququ təmin  edilməlidir -- AŞ - nın İnsan Haqları üzrə Komissarı

Fransa, Strasburq, 30 sentyabr/ Trend müxbir A. Məhərrəmli/ Münaqişə qurbanlarının geri dönmək hüququ təmin edilməlidir", - deyə AŞPA - nın payız sesiyasında çıxış edən AŞ - nın Insan Haqları üzrə Komissarı Tomas Hammarberq qeyd edib.

O, regiona son səfəri zamanı bu məsələni diqqətdə saxladıgını bildirib.

Gürcüstana sentyabrın sonunda səfər etdiyini deyən Hammarberq qeyd edib ki, səfərdə əsas diqqət insan haqlarının müdafiəsinə riayət olunması kimi əsas məsələyə yönəlib.

"Biz faciəvi bir vəziyyət qarşısındayıq. Keçən müddət ərzində çoxlu sayda insan geri qayıdıb" - deyə o bildirib.

Hammarberq məsələyə yanaşmada müsbət irəliləyişin olduğunu deyib.

Komissar qeyd edib ki, ərazilərin minalardan tam təmizlənməsi üçün tərəflər arasında məlumat mübadiləsi olmalı, insanlara qarşı hücumlara son qoyulmalı və bufer zonasına nəzarət edilməlidir.

Hammarberq qeyd edib ki, əsirlərin dəyişdirilməsində də irəliləyiş var.

O, humanitar təşkilatların regionda sərbəst hərəkəti üçün razılığın əldə olunması zəruriliyini də qeyd edib.

Çıxışının sonunda Hammarberq insan haqlarının səmərəli şəkildə təmin olunması üçün əsl mütəxəssislərə ehtiyac olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti