...

Qambiya Azərbaycanın enerji sahəsində təcrübəsində maraqlıdır

Siyasət Materials 7 Oktyabr 2008 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Qambiya Azərbaycanın enerji sahəsində təcrübəsində maraqlıdır, - Qambiyanın ali təhsil, elm və texnologiyaların araşdırılması üzrə dövlət katibi Krispi Qrey-Konsonom çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə bildirib.

Qrey-Konsonom enerji sahəsindəki nailiyyətlər və Azərbaycanın Neft Akademiyasının əldə etdiyi ənənələrdə maraqlı olduqlarını bildirib, - Azərbaycan XİN - in mətbuat xidmətindən çərşənbə axşamı bildiriblər.

Qrey-Konsonom öz niyyətlərini paylaşıb və ikitərəfli münasisbətlərin inkişafı arzusunu ifadə edib.

Azərbaycanın xarici işlər naziri Qambiya hökumətini perspektivli əməkdaşlıq sahələrini öyrənmək üçün Azərbaycana biznes - missiya göndərməyə çağırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti