...

Azərbaycanın eks-spikerinin lideri olduğu müxalifət partiyası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib

Siyasət Materials 8 Oktyabr 2008 14:11 (UTC +04:00)
Azərbaycanın eks-spikerinin lideri olduğu müxalifət partiyası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanın eks-spikeri Rəsul Quliyevin lideri olduğu Azərbaycanın müxalifət Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin bu gün keçirilən iclasında hakim partiyanın namizədi, indiki dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi haqda qərar qəbul olunub. Bu barədə çərşənbə günü Trend -a ACP Ali Məclisinin sədlri Vaqif Mahmudov məlumat verib.

Trend -un arayışı : Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Sağ mərkəzçi, müxalifətyönlü ACP 2007 - ci ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks - spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. 2007- ci ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP- dən imtina edib, özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

ACP sədrinin müşaviri Solmaz Ələsgərova və İdarə Heyətinin üzvü, Ali Məclis sədrinin müavini Oqtay Mirzəyev partiyanı fəaliyyətsizlikdə qınayaraq, istefa veriblər.

Mahmudov Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirilən toplantıda Məclisin 72 üzvündən 68-nin iştirak etdiyini bildirib. "Prezident seçkilərində indiki dövlət rəhbərinin namizədliyinin dəstəklənməsi ilə bağlı səsvermə açıq keçirilib. İki nəfər əleyhinə olsa da, qalan Məclis üzvləri yekdilliklə partiyanın İdarə Heyətinin ötən həftənin şənbə günü qəbul etdiyi qərarı dəstəkləyiblər", -Mahmudov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti