...

Azərbaycan prezidenti Cənub TV-nin yeni inzibati binasının açılışında iştirak edib

Siyasət Materials 8 Oktyabr 2008 15:17 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 08 oktyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənub regionuna səfəri çərçivəsində prezident İlham Əliyev bu gün Lənkəran şəhərində (paytaxt Bakıdan 270 kilometr aralı) fəaliyyət göstərən Cənub TV-nin yeni inzibati binasının açılışında iştirak edib.

Dövlət başçısı qırmızı lenti kəsdikdən sonra Cənub TV-nin binasında iş rejimi ilə tanış olub. Azərbaycanda region telekanallarının inkişafını müsbət qiymətləndirən prezident region jurnalistlərinin peşəkarlığının artırılması üçün treninqlərin keçirilməsini tövsiyə edib.

Cənub TV-nin yeni inzibati binası 3 mərtəbəlidir. Binada 720 kvadratmetrlik sahədə yerləşən çəkiliş pavilyonu yaradılıb. Yeni studiyalar, montaj otaqları fəaliyyət göstərir.

Cənub TV 2007-ci il dekabrın 31-dən fəaliyyət göstərir, 12 rayon üzrə yayımlanır. 18 saat ərzində yayımlanan TV-nin 50 faizdən artıq yerli verilişi mövcuddur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti