...

Azərbaycanda prezident seçkisi kampaniyası sönük keçir - hesabat

Siyasət Materials 9 Oktyabr 2008 14:53 (UTC +04:00)

Azərbayan, Bakı, 09 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda prezident seçkisi kampaniyası sönük keçir və seçki öncəsi gözlənilən canlanma müşahidə olunmur. Bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki öncəsi mətbuatda apardığı monitorinqin nəticələrinə dair hesabatda bildirilib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Monitorinq sentyabrın 1-dən oktyabrın 1-nə qədər aparılıb və ölkənin yeddi televiziya, səkkiz gündəlik qəzetini əhata edib.

Hesabatda qeyd olunub ki, bir ay müddətində televiziyalarda prezident seçkisi ilə bağlı 327 məlumat verilib. Bunlardan 295-i rəsmi, beynqəlxalq təşkilatların və müşahidəçilərin seçki ilə bağlı fəaliyyəti haqda olub.

"Seçkini boykot edən siyasi qüvvələrin mövqeyitnə isə ümumiyyətlə yer ayrılmayıb", - deyə hesabatda bildirilib.

Qəzetlərdə isə seçki ilə bağlı 862 yazı dərc olunub. Bunlardan 502-si rəsmi və beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı məlumat olub: "362 məlumat isə namizədlər və seçkini boykot edən siyasi qüvvələrlə bağlı olub. Monitorinq zamanı məlum olub ki, qəzetlər son bir ayda balansı qorumayıblar".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti