Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir S.Kazımlı/ Bakıda polislər tərəfindən tutulan şəxsin bir neçə vətəndaşa bihuşedici dərmanlar içirtməklə mənzillərindən oğurluq etmə faktı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, nazirliyin Baş Cinayət-Axtarış İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşları tərəfindən soyğunçuluq, oğurluq və dələduzluq etdiyinə görə tutulan Rafiq Xəlilovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Leyla Abbasəliyevanın həyat yoldaşına, cari ilin iyul və avqust aylarında Bakı şəhər sakini Sonaxanım Məmişovaya, onun qonağı, Sahil qəsəbə sakini Əsli Zeynalova və Sonaxanım Rəhimxanovaya bihuşedici dərman içirdərək mənzillərinə daxil olaraq oradan qızıl və ev əşyalarını oğurlaması müəyyən edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]