Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir T.Cəfərov/ Azərbaycanın müxalifətçi Müasir Müsavat Partiyasının prezidentliyə namizədi 8 saylı Binəqədi Seçki Dairəsinin 31 saylı məntəqəsində səsvermədə iştirak edib.
Trend -un məntəqədə olan müxbirinin məlumatına görə, səsvermədən sonra Hafiz Hacıyev jurnalistlərə bildirib ki, Azərbaycanda ilk dəfədir, bu cür sabit prezident seçkisi keçirilir.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
"Bu bizi sevindirir və xalqımızın böyük nailiyyətidir. Builki seçki əvvəlki seçkilərlə müqayisədə daha demokratikdir", - prezidentliyə namizəd əlavə edib.
Hacıyev bildirib ki, Azərbaycanda bu gün demokratik seçki ənənəsinin bünövrəsi qoyulub. Onun sözlərinə görə, səsvermə zamanı müdaxilə hallarına rast gəlinməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]