...

Azərbaycanın cəzaçəkmə müəssisəsində səsvermə zamanı pozuntu qeydə alınmayıb - İşgəncələr Əleyhinə Komitənin sədri

Siyasət Materials 15 Oktyabr 2008 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov və onun nümayəndəsi Dilafət Xəlilov Penitensiar Xidmətin Əzizbəyov rayonunda yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində səsvermə prosesini izləyiblər.

Trend - un müxbirinin məlumatına görə, Behbudov bundan əvvəl 3 saylı Şüvəlan istintaq təcridxanasında, 2 və 17 saylı cəzaçəkmə müəssisələrində müşahidə apardığını və heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Komitə sədri gün ərzində Penitensiar Xidmətin İslah - Müalicə Müəssisəsində, 6, 7, 11, 16 saylı cəzaçəkmə müəssisələrində, eləcə də 1 salı Bayıl təcridxanasında səsvermənin gedişini izləyəcəklərini deyib.

"Bu gün komitəmizin əməkdaşları Gəncədəki 2 saylı İstintaq Təcridxanasında da səsvermənin gedişini izləyiblər. Mənə verilən məlumata görə, burada hər hansı qanun pozuqntusuna yol verildiyi aşkar olunmayıb", - Behbudov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti