...

Azərbaycanın Şəki rayonunda seçicilərin yarıdan çoxu seçkidə iştirak edib

Siyasət Materials 15 Oktyabr 2008 18:50 (UTC +04:00)

Azərbaycan, Şəki, 15 sentyabr / Trend , müxbir S.Fətəliyev/ Azərbaycanın şimal- qərbində yerləşən Şəki rayonundakı seçki məntəqələrində qanun pozuntusu qeydə alınmayıb.

Rayondakı 3 Dairə Seçki Komissiyasının 90 seçki məntəqəsində saat 18:00 - dək seçicilərin yarıdan çoxu səsvermədə iştirak edib.

13 saylı DSK üzrə 35324 seçicidən 19545-i (55,33%), 14 saylı DSK üzrə 33 567 seçicidən 26 226 -sı (75,73%), 15 saylı DSK uzrə 34627 seçicidən 23462-si (69,9%) iştirak edib.

Seçkidə iştirak edən vətəndaşlar seçkinin demokratik və şəffaf keçirildiyini deyib və yaradılan şəraitdən razı qaldığlarını bildiriblər.

Saat 18:00 - dək heç bir insident qeydə alınmayıb.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti