...

"Azad, Şəffaf, Ədalətli Seçki" İctimai Birliklər Koalisiyası Azərbaycandakı prezident seçkiləri ilə bağlı keçirdiyi "exit-poll"un nəticələrinə dair yekun rəyini açıqlayıb

Siyasət Materials 16 Oktyabr 2008 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir A.Hüseynbala/ "Azad, Şəffaf, Ədalətli Seçki" İctimai Birliklər Koalisiyası oktyabrın 15-də keçirilən prezident seçkilərinin nəticələrinə dair keçirdiyi "exit-poll"un nəticələrinə dair yekun rəyini açıqlayıb.

Koalisiyaya daxil olan Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov bildirib ki, 57 dairəni əhatə edən "exit-poll"un nəticələrinə görə, İlham Əliyev seçicilərin 85,7 faiz səsini qazanıb.

Digər namizədlər - İqbal Ağazadə 3,5, Qulamhüseyn Əlibəyli 3,1, Fazil Qəzənfəroğlu 2,7, Qüdrət Həsənquliyev 2,5, Fuad Əliyev 1,4, Hafiz Hacıyev isə 0,8 faiz səs toplayıb.

Sorğunun nəticələrinə görə, prezident seçkiləri bəzi nöqsanlara baxmayaraq, ümumilikdə beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatların tövsiyələrinə uyğun keçirilib.

MSK-nın ilkin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb - 89,04 faiz.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

MSK-nın ilkin nəticələrinə əsasən, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Hacıyev 0,62 faiz səs toplayıb.

Azərbaycanda seçkini 60-a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB-dən qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti