...

Mariam Valişvili Gürcüstanın energetika nazirinin birinci müavini təyin olunub

Siyasət Materials 16 Oktyabr 2008 22:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 oktyabr / Trend müxbir N.Kirtsxalia/ Gürcüstanın energetika nazirinin birinci müavini vəzifəsinə Mariam Valişvili təyinat alıb. Gürcüstan hökumətinin aparatından verilən məlumata görə, o bu postda Sergey Mesxini əvəz edəcək.

Müvafiq qərarı Gürcüstanın baş naziri Vladimir Qurqenidze imzalayıb.

Mariam Valişvili son zamanlar "Kala kapital" enerji layihələrinə rəhbərlik edib, "Sakhidro" SC-nin baş direktoru olub.

Öncəki illərdə Valişvili "Minilliyin çağırışı-Gürcüstan" fondunda, habelə Gürcüstanın Neftqaz korporasiyasında çalışıb.

Xəbər lenti

Xəbər lenti