...

Dünyanın "bölünməsinə" yol vermək olmaz – Qazaxıstan prezidenti

Siyasət Materials 17 Oktyabr 2008 12:58 (UTC +04:00)

Qazaxıstan, Astana, 17 oktyabr/ Trend , müxbir K.Konırova/ Bu gün mədəniyyət və din baxımından "dünyanın bölünməsinə" yol verəməmək olduqca vacibdir. Bu barədə cümə günü müsəlman və qərb ölkələrinin xarici işlər nazirlərinin "Ümumi dünya: müxtəliflik yolu ilə tərəqqi" forumunda çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib. "Bu gün bir qism insan, qlobal qarşıdurma tərəfdarları orta əsrlərdə olduğu kimi, müsəlmanların qərb sivilizasiyası üçün təhlükə, xristian dünyasının isə islam ölkələrindən qisas almaq istəyində olması barədə ideyalar aşılamağa cəhd göstərirlər. Müasir beynəlxalq siyasətin daha çox qorxu ideologiyası kimi xarakterizə olunmağa başladığını görməmək mümkün deyil", - deyə prezident bildirib.

Onun sözlərinə görə, indi aqressiv səbrsizliyin, xüsusilə dini-etnik baxımdan dünyanın əksər ölkə və regionlarını içəridən necə dağıtdığını müşahidə etmək olar.

"Belə uydurmalar ən məzəmmətə layiqdir. Bu həm Qərbdə islamafobiya, həm də Şərqdə qərb fobiyasına aiddir", - deyə prezident bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti