Əfqanıstan, Kabul,, 21oktyabr/ Trend ,müxbir A.Hakimi/ Əfqanıstan prezidenti Hamid Kərzainin sözçüsü bildirib ki, Talibanla, onun ortaya qoyduğu şərtlər əsasında müzakirəyə getməyəcəyik. Kərzainin sözçüsü Homayun Həmidzadə çərşənbə axşamı Kabildə keçirdiyi mətbuat konfransında bildirib ki, Taliban şərtsiz müzakirəyə hazırlaşmalı və Əfqanıstan Konstitusiyasına hörmətlə yanaşmalıdır.
Talibanın rəhbərlərindən olan Vəkil Əhməd Mütəvəkkil bu gün bildirib ki, xarici qüvvələrin ölkədən çıxması və islam qanunlarını Konustitusiya kimi qəbul etmək Talibanın hakimiyyətlə müzakirələrinin şərtidir.
Həmidzadə bildirib ki, Taliban şərt qoymamalıdır.
Hazırda Talibanın Əfqanıstanda böyük nüfuzu var və hakimiyyət, xalq və xarici qüvvələr əleyhinə geniş hərbi əməliyyatlar keçirir və təxribat aparır.
Bundav əvvəl, Kərzai Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Əs - Səuda müraciət edərək, Talibanla Əfqanıstan hakimiyyəti arasında vasitəçi rolu oynamasını xahiş edib.
Həmidzadə bildirib ki, Talibanın fikrincə, Səudiyyə Ərəbistanı "dünya müsəlman ölkələrinin rəhbəri"dir, həm Taliban və həm də Əfqanıstan hökümətində böyük nüfuzu var. O, əlavə edib ki, Səudiyyə Ərəbistanının kralı Kərzaiyə məktub üvnanlayaraq bildirib ki, təhlükəsizlik, hərbi, mədəni və siyasi dəstəyini Əfqanıstan hökümətindən əsirgəməyəcək.