...

Gürcüstan hökumətinin başçısı koalisiya hökumətinin yaradılması üçün məsləhətləşmələrə hazırdır

Siyasət Materials 31 Oktyabr 2008 16:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Baş naziri postuna namizədliyi irəli sürülən Qriqol Mqaloblişvili müxalifət ilə Nazirlər Kabinetində onlara yer verilməsi və koalisiya hökumətinin yaradılması üzrə məsləhətləşmələrə başlamağa hazırdır. Bu barədə o, parlament müxalifətinin nümayəndələri ilə dünən gecə yarısı başa çatan üç saat yarımlıq məsləhətləşmələrdən sonra bildirib.

Dünən Gürcüstan prezidenti Stokholmda bildirib ki, onun hökumətdə müxalifətə yer verilməsi ilə bağlı təklifi qüvvədədir.

"Biz bu məsələləri və belə bir hökumətin yaradılması prinsiplərini müzakirə etməyə hazırıq", - deyə Mqaloblişvili bildirib.

Koalisiya hökumətinin yaradılmasına dair təklif müxalifətçi deputat Qiorqi Tsaqareişvili üçün münasibdir. "Bu, ölkəmizin düşdüyü belə dövlət böhranından çıxmaq üçün ən yaxşı yoldur", - deyə o bildirib və əlavə edib ki, onun üçün hazırkı hökumətdə fəaliyyət göstərən "bəzi nazirlər" ilə əməkdaşlıq etmək çətindir.

Xristian Demokratik Hərəkatı fraksiyası hesab edir ki, belə bir hökumət yaratmaq mümkündür, lakin ilk əvvəl koalisiya Kabinetinin formalaşdırılması prinsiplərini müəyyən etmək lazımdır. "Əsas olan prinsiplərdir, Kabinetdəki insanlar yox", - deyə müxalifətdən olan vitse-spiker Levan Vepxvadze bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti