Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan prezidentinin Türkiyəyə iki günlük səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi müzakirə ediləcək.
"Səfər zamanı hər hansı bir sənədin imzalanıb - imzalanmamasından asılı olmayaraq, tərəfləri maraqlarıdan bütün məsələlər müzakirə olunacaq", - bazar ertəsi Trend - a Prezidentin İcra Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Azərbaycanın dövlət başçısı İlham Əliyev oktyabrın 15- də keçirilən seçkidə yenidən prezident seçildikdən sonra, noyabrın 5 - 6 - da ilk rəsmi səfərini Türkiyəyə edəcək.
Novruzov deyib ki, səfər çərçivəsində ölkələrarası münasibətlərin daha da genişləndirilməsi, möhkəmləndirilməsi məsələləri müzakirə predmeti olacaq.
Azərbaycanla Türkiyə arasında yanvar - avqust aylarında ticarət dövriyyəsi ümumilikdə 1, 018 milyard dollardır.
Azərbaycanın Türkiyə ilə idxal əməliyyatları 490,5 milyon dollar, ixras əməliyyatları 527 milyon dollar olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]