Azərbaycan, Bakı, 10 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Estoniya parlamentinin vitse-spikeri Kristina Oyulandı qəbul edib.
Kristina Oyuland ölkəsinin "Bakutel-2008" 14-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisinə böyük maraq göstərdiyini və sərgidə təmsil olunduğunu qeyd edib.
Prezident keçiriləcək sərginin bu sahədə görülən işlərin nəzərdən keçirilməsi üçün yaxşı fürsət yaratdığını deyib.