...

Azərbaycan prezidenti Polşanın dövlət başçısına təbrik məktubu ünvanlayıb

Siyasət Materials 10 Noyabr 2008 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev Polşanın müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Lex Kaçinskiyə təbrik məktubu göndərib.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan - Polşa münasibətləri dinamik inkişaf yolundadır. Genişlənən siyasi dialoqumuz, bir çox sahələri əhatə edən səmərəli əməkdaşlığımız xüsusən enerji təhlükəsizliyi məsələlərində intensiv qarşılıqlı işimizlə yeni məzmun kəsb etməkdədir", - prezident təbrik məktubunda deyib.

Azərbaycanın dövlət başçısı ümidvardır ki, ikitərəfli münasibətlərin dərinləşdirilməsi istiqamətində birgə səylər həm də beynəlxalq strukturlar və regional layihələr çərçivəsində tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti