...

Berndə Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə olunacaq – səfir

Siyasət Materials 11 Noyabr 2008 15:08 (UTC +04:00)

Azerbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir R.Novruzov/ Berndə Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə olunacaq.

Azərbaycanın İsveçrdəki səfiri Elçin Əmirbəyovun çərşənbə axşamı Trend -a verdiyi məlumata görə, danışıqlar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu ölkəyə rəsmi səfəri zamanı aparılacaq.

Səfir Berndən telefonla bildirib ki, səfər təqribən noyabrın 19-20-nə nəzərdə tutulub. Bu, Azərbaycanın xarici işlər nazirinin cavab səfəridir. 2006-cı ildə İsveçrənin Xarici Siyasət İdarəsinin rəhbəri Mişlin Kalmi-Rey Azərbaycana səfər edib.

Diplomat bildirib ki, Məmmədyarov Berndə ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə etməyi planlaşdırır. Məmmədyarovun həmin ölkənin XİN rəhbəri, parlament sədri və prezidenti ilə görüşlər keçirməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti