Azərbaycan, Bakı, 11 noyabr/ Trend /Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı ABŞ Konqresinin üzvü, senator Bob Korkeri qəbul edib, - Azərbaycan XİN-in mətbuat xidmətindən Trend -a bildiriblər.
Senator səfərdə məqsədinin ABŞ və Azərbaycan arasında mövcud
münasibətlərin daha da irəli aparılması imkanlarının araşdırılması və bölgənin daha yaxından öyrənilməsindən ibarət olduğunu bildirib.
Məmmədyarov ABŞ -ın yüksək rütbəli rəsmilərinin Azərbaycana səfərlərinin iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini vurğulayıb.
Korker və Məmmədyarov Azərbaycan və ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın indiki vəziyyəti və inkişaf perspektivləri, enerji məsələləri, Dağlıq Qarabağ münaqişəsi, regional sülh və sabitliyin təminatı məsələlərini müzakirə ediblər.