Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir İ.Əlizadə/ Cümə günü Azərbaycan parlamenti İraqdakı sülhməramlı qüvvələrini geri çağırmağa qərar verib.
Ölkə prezidenti İlham Əliyev parlamentə İraqdakı sülhməramlıların geri çağırılması ilə bağlı qanun layihəsini təqdim edib.
İraqda çoxmillətli qüvvələrin tərkibində Azərbaycan silahlı qüvvələrinin 150 əsgəri xidmət edir. Əfqanıstanda beynəlxalq qüvvələrin təhlükəsizliyə yardım strukturunda Azərbaycandan olan 90 sülhməramlı var. Onlar Kabildə patrul xidmətini gerçəkləşdirirlər.
Martın 4-də Serbiyanın tərkibindən çıxan Kosovonun müstəqillik elan etməsindən sonra yaranan siyasi vəziyyətlə əlaqədar Azərbaycan parlamenti bu bölgədə xidmət edən 34 sülhməramlısının geri çağırılması barədə qərar verib.
"İraqdakı sülhməramlılar beşillik müddətin başa çatması ilə bağlı geri çağırılıblar", - spiker Oqtay Əsədov parlamentin bugünkü iclasında deyib.
Məqalə müəllifilə əlaqə ünvanı: trend