Türkiyə, ABŞ və İraq PKK terror təşkilatına qarşı mübarizə aparmaq üçün birgə fəaliyyət göstərmək haqqında qərar qəbul ediblər. Bu haqda Türkiyənin "Worldbulletin" informasiya agentliyi məlumat verib.
Bu gün Bağdadda görüşən Türkiyə, ABŞ və İraq rəsmiləri PKK terror təşkilatına qarşı daha səmərəli mübarizə apara bilmək üçün müştərək komitə təşkil etmək qərarına gəliblər.