...

ATƏT Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə nizamlanacağına ümid edir

Siyasət Materials 28 Noyabr 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr / Trend müxbir R.Novruzov / ATƏT- də Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə nizamlanacağına ümid edirlər.

Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması ətrafında danışıqlar prosesinin fəallaşması münaqişənin qısa müddətdə həllinə ümid verir, - ATƏT-in Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lennmarker (Goran Lennmarker) hesab edir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992 - ci ildən bəri Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 - cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Lennmarker Helsinkidə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak çərçivəsində, Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin yaxşılaşması üçün yeni ideyaları müzakirə etmək niyyətindədir, - ATƏT məruzəçisi cümə günü Stokholmdan telefonla xəbər verib.

ATƏT - ə üzv ölkələrin XİN rəhbərləri Finlandiya paytaxtında dekabrın 4 - 5-də, qurumun xarici işlər nazirlərinin illik toplantısında iştirak çərçivəsində toplanacaqlar.

"Hər iki ölkə Dağlıq Qarabağ münaqişəsinin həllindən bir çox üstünlük əldə edəcək", - Lennmarker hesab edir.

Lennmarkerin sözlərinə görə, münaqişənin həllindən sonra Azərbaycan hərbi xərclərini azalda, qaçqınlar yurd - yuvalarına qayıda bilər.

"Mən özüm qaçqınları, onların necə ağır vəziyyətdə yaşadıqlarını görmüşəm və təsəvvür etmək belə çətindir ki, bu adamlar, hətta doğmalarının məzarlarını ziyarət etməyə qəbiristanlığa gedə bilmirlər", - Lennmarker deyib.

"Ermənistana gəlincə, o, qonşuları Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər ki, bu da ölkənin iqtisadiyyatının inkişafına yeni təkan verəcək", - ATƏT nümayəndəsi deyib.

Helsinkidən sonra Lennmarker regiona səfər etməyi, Azərbaycan və Ermənistanın rəhbərliyi ilə münaqişənin mümkün həlli yollarını müzakirə etməyi planlaşdırır.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti