...

Azərbaycan son dörd ildə iqtisadi inkişaf templərinə görə dünyada birinci yeri tutur - prezident İlham Əliyev

Siyasət Materials 2 Dekabr 2008 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir C.Babayeva / Azərbaycan son dörd il ərzində iqtisadi inkişaf templərinə görə dünyada birinci yeri tutur. Bu barədə çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev Bakıda, "Mədəniyyətlərarası dialoq: Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

"İqtisadiyyatımız son beş ildə beş dəfə, büdcə xərclərimiz isə 12 dəfə artıb. Sənaye istehsalı bir neçə dəfə artıb", - deyə prezident bildirib.

Onun sözlərinə görə, ölkə yoxsulluqla mübarizədə böyük uğurlara nail olub. Yoxsulluq səviyyəsi 49 faizdən 16 faizə düşüb. "Əminəm ki, ilin yekununda bu rəqəm yenə də azalacaq", - deyə İlham Əliyev vurğulayıb.

Prezident bildirib ki, Azərbaycanda uzun illər işsizliklə bağlı problem olub, lakin bu istiqamətdə də nailiyyətlər əldə olunub. Beş il ərzində 744 mindən çox iş yeri açılıb.

"Biz enerji sahəsində də uğurlar qazanmışıq. Azərbaycanın enerji ehtiyatları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır", - deyə İlham Əliyev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti