...

ABŞ Rusiya əsgərlərinin Pereviyə qayıtmasından çox narahatdır – ABŞ -ın Gürcüstandakı səfiri

Siyasət Materials 15 Dekabr 2008 19:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 dekabr/ Trend müxbir N. Kirtsxaliya/ ABŞ Rusiya əsgərlərinin Pereviyə qayıtmasından çox narahatdır Bu barədə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə keçirilən görüşün yekununda ABŞ -ın bu ölkədəki səfiri Con Teft bildirib.

Onun sözlərinə görə, bütün tərəflər atəşkəs müqaviləsinə əməl etməlidir.

Teft bildirib ki, bu məsələnin müzakirəsi Cenevrə danışıqlarında da davam etdiriləcək. "ABŞ bu danışSqların iştirakçılarından biridir. Burada Dövlət Katibi müavininin iştirakı planlaşdırılır", - deyə səfir bildirib.

Cenevrə danışıqları dekabrın 17-18-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti