...

Su ehtiyatlarının bölüşdürülməsi məsələsi nəzərdən keçiriləcək

Siyasət Materials 16 Dekabr 2008 13:24 (UTC +04:00)

Rusiya, Dağıstan, 16 dekabr / Trend , müxbir R.Elmurzayeva/ Regional inkişaf naziri Viktor Basargin Məhərrəmkənd rayonu sakinləri ilə görüşündə, böyük hissəsi Azərbaycan ərazisindən keçən Samur çayının su ehtiyatlarının bölüşdürülməsinə dair məsələ qaldırılıb.

"Bizim vəzifəmiz kifayət qədər ixtisaslaşdırılmış, müəyyənləşdirilmiş təhlil aparmaqdan, bunun yerlərdə necə həll edildiyini öyürənməkdən ibarətdir", - deyə Basargin bildirib. Onun fikrincə, həm suburaxıcı, həm də mülkiyyət məsələlərinin həlli baxımından güzəşt mümkündür.

"Sakinlər bizə bu məsələnin həllinə dair öz gözləmələrini bildirdilər və əlbəttə ki, bu məsələlər burada torpaq və sudan istifadə edənlərin maraqları çərçivəsində öz həllini tapacaq", - deyə Basargin bildirib.

Dağıstan prezidenti Muxu Əliyev bildirib ki, qonşulara da su lazımdır və bu məsələdə güzəştli həll variantları tapmaq lazımdır. O hesab edir ki, sudan istifadə məsələsində 50 :50 proporsiyasından çıxış etmək lazımdır. "Biz hesab edirik ki, bu, tərəfimizdən qonşularımıza qarşı qayğı ilə izah olunan olduqca böyük güzəştdir", - deyə Əliyev bildirib. Onun fikrincə, məsələ hərtərəfli tədqiq ediləcək və ölkələr arasında xoş qonşuluq münasibətlərini saxlamaq və ədalətli qərar qəbul etməyə imkan verəcək kompromis variant tapılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti