Ukrayna, Kiyev, 16 yanvar / Trend , müxbir Z.Novsvitski/ Ukraynanın Ali Radasının Sədri Vladimir Litvin və Rusiya Federasiyasının Ukraynada Fövqəladə və Səlahiyyətli Səfiri Viktor Çernomırdin Rusiya -Ukrayna danışıqlarında parlamentlərin fəallığını dəstəkləyiblər.
Ali Radanın mətbuat xidmətinin xəbər verdiyi kimi, bu haqda onlar dünən Kiyevdə görüşdə söhbət ediblər.
Tərəflər Ukraynanın Ali Radası və RF-in Federal Məclisinin əməkdaşlıq üzrə Parlamentlərarası komissiyasının fəaliyyətini birinci növbəli məsələlər paketini təyin edərək, tezliklə bərpa etməsini zəruri sayıblar.
"Görüşmək və mövqeyini bildirmək imkanı hər zaman müsbət nəticələr verir",- Çernomırdin bildirib..
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]