...

Azərbaycan Prezidenti İcra Aparatı rəhbərinin "Azərbaycanlılara qarşı soyqırım gerçəkliyi" kitabı Qırğızıstan Parlamentinə təqdim olunub

Siyasət Materials 19 Yanvar 2009 17:45 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 19 yanvar / Trend , müxbir R.Мəşədihəsənli/ Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəkliyi" kitabının qırğız və rus dillərində nəşri bazar ertəsi  Qırğızıstan Joqorku Keneşinin - Parlamentin deputatlarına təqdim olunub.

208 səhifəlik kitab 5 min nüsxə tirajla  "Türkdilli dövlətlərin siyasətinə dəstək" Fondu tərəfindən nəşr edilib.

Fondun sədri Nüsrət Məmmədovun Trend -a bildirdiyinə görə, fevralın əvvəllərində bu qurumun təşəbbüsü və vəsaiti ilə nəşr olunan "Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi faciələrin tarixi" adlı növbəti kitabı rus və ingilis dillərində çapdan çıxacaqdır.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti